...

Türkiyə PKK-ya qarşı əməliyyatı davam etdirir - 22 terrorçu öldürüldü

Dünya xəbərləri Materials 6 İyul 2018 13:28 (UTC +04:00)
Türkiyədə ordu qüvvələri PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirib
Türkiyə PKK-ya qarşı əməliyyatı davam etdirir - 22 terrorçu öldürüldü

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyədə ordu qüvvələri PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirib.

Trend-in məlumatına görə, son sutka ərzində 22 PKK terrorçusu zərərsizləşdirilib.

Baş Qərargahdan verilən məlumata gröə, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar Türkiyənin cənub-şərqindəki Mardin, Hakkari və Şırnak vilayətlərində keçirilib.

Qeyd edək ki, ötən gün Avaşin və Baysan rayonlarında keçirilən əməliyyatlar çərçivəsində 11 PKK terrorçusu məhv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti