...

CHP yeni lider seçir

Dünya xəbərləri Materials 30 İyul 2018 17:19 (UTC +04:00)
CHP yeni lider seçir.
CHP yeni lider seçir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) yeni lider seçmək üçün növbədənkənar qurultay keçirəcək.

Trend-in məlumatına görə, qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.

Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti