...

San-Fransiskoda məktəbdə silahlı insident baş verib, yaralanan var

Dünya xəbərləri Materials 31 Avqust 2018 04:18 (UTC +04:00)
ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) məktəbdə silahlı insident baş verib
San-Fransiskoda məktəbdə silahlı insident baş verib, yaralanan var

Bakı. Trend:

ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) məktəbdə silahlı insident baş verib.

Trend-in şəhər polisinin Twitter səhifəsində istinadən verdiyi məlumata görə, silahlı insindet nəticəsində bir nəfər yüngül yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən 3 nəfər saxlanılıb. İnsidentin digər təfərrüatları bildirilmir.

"ABC" telekanalının məlumatına əsasən, məktəblilərdən biri özü ilə məktəbə silah gətirib və dərslər zamanı təsadüfən atəş açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti