...

Sloveniyada çevriliş cəhdində şübhəli bilinən şəxslər saxlanılıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2018 15:28 (UTC +04:00)
Sloveniyada konstitusiya rejimini devirmək cəhdində şübhəli bilinən 2 nəfər saxlanılıb
Sloveniyada çevriliş cəhdində şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Trend:

Sloveniyada konstitusiya rejimini devirmək cəhdində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Maribor şəhərində polis beş yaşayış binasında axtarışlar aparıb.

Qeyd olunur ki, saxlananlar arasında prezidentliyə keçmiş namizəd Andrey Şişko və onun müttəfiqi də olub. A.Şişko 2017-ci ilin noyabrında keçirilmiş seçkilərdə 2,2 faiz səs toplamışdı.

Digər şübhəlilərin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti