...

Məşhur amerikalı aktyor Rusiyada qubernator olmaq istəyir

Dünya xəbərləri Materials 26 Sentyabr 2018 11:27 (UTC +04:00)
Məşhur amerikalı aktyor Rusiyada qubernator olmaq istəyir.
Məşhur amerikalı aktyor Rusiyada qubernator olmaq istəyir

Bakı. Trend:

Amerikalı aktyor, kinoprodüser, döyüş ustası, Rusiya Xarici İşlər Nazirliyinin RF-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Primorsk diyarının qubernatoru olmaq istədiyini bəyan edib.

Trend-in məlumatına görə, Vladivostokda jurnalistlərin müvafiq sualına cavab verən S.Siqal bildirib: "Məmnuniyyətlə. Mən Rusiya Prezidenti Vladimir Putinin maraqlarını təmsil edirəm".

2016-cı ildə Rusiya vətəndaşlığı alan aktyor ata tərəfdən ulu babalarının buradan olduğunu deyib:

"Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti