...

Parisdə güclü partlayış zamanı 4 nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 12 Yanvar 2019 17:45 (UTC +04:00)
Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb.
Parisdə güclü partlayış zamanı 4 nəfər ölüb (YENİLƏNİB)

İlk xəbər saat 13:02-də yayımlanıb

Bakı. Trend:

Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, ölənlərdən ikisi yanğınsöndürən, ikisi isə mülki sakin olub.

XXX

saat 15:38

Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

XXX

saat 13:02

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, bu gün Parisdə "sarı jiletlər"in növbəti aksiyası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti