...

Kanadada yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 5 Fevral 2019 02:58 (UTC +04:00)
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində yük qatarının relsdən çıxdığı bildirilir.
Kanadada yük qatarı relsdən çıxıb

Bakı. Tural Turan - Trend:

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində yük qatarının relsdən çıxdığı bildirilir. Trend-in məlumatına görə, hadisə Fild şəhərindən şərqdə baş verib. İki maşinist və mühəndis ölüb. İlkin məlumata görə, relsdən 30-40 vaqon çıxıb.

Şirkət nümayəndələri bildirib ki, qatar təhlükəli yük daşımayıb.

Hadisənin səbəbləri araşdılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti