...

Malayziyada ağır yol qəzası nəticəsində 10 nəfər ölüb, 30-dan çox yaralı var

Dünya xəbərləri Materials 8 Aprel 2019 06:42 (UTC +04:00)

Bakı. Trend:

Malayziyada ağır yol qəzası nəticəsində 10 nəfər ölüb, 34 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, xarici işçiləri daşıyan avtobus, naməlum səbəblərə görə, yola çıxdıqdan sonra küvetə (xəndəyə) aşıb. Avtobus sürücüsü və 8 sərnişin hadisə yerində dünyasını dəyişiblər, daha bir nəfər isə xəstəxanada ölüb.

Hadisə bazar günü axşam saatlarında paytaxt Kuala-Lumpur ətraflarında baş verib.

Yaralananlar xəstəxanaya çatdırılıb..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti