...

Sudanın yeni hakimiyyəti bütün razılaşmalar və sazişlərə əməl edəcəyinə söz veriblər

Dünya xəbərləri Materials 14 Aprel 2019 18:25 (UTC +04:00)
Sudan hakimiyyətin Hərbi Şuraya keçməsindən sonra bütün beynəlxalq, regional və yerli saziş və razılaşmalara əməl edəcək
Sudanın yeni hakimiyyəti bütün razılaşmalar və sazişlərə əməl edəcəyinə söz veriblər

Bakı. Trend:

Sudan hakimiyyətin Hərbi Şuraya keçməsindən sonra bütün beynəlxalq, regional və yerli saziş və razılaşmalara əməl edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib. Bundan əlavə o qeyd edib ki, ölkədə 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.

Xəbər lenti

Xəbər lenti