...

"Taliban"ın həbsxanasından 53 nəfər azad edilib

Dünya xəbərləri Materials 26 Aprel 2019 11:25 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının həbsxanalarından 53 nəfəri azad ediblər.

Trend-in məlumatına görə, buna ölkənin mərkəzi hissəsində, Uruzgan vilayətində aparılmış əməliyyat nəticəsində nail olunub.

Əməliyyat zamanı ən azı 8 silahlı zərərsizləşdirilib. Xilas edilənlərdən 4-ü hərbi qulluqçu, 4-ü isə polis əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti