...

Avstriyada ibtidai məktəblərdə hicab qadağan olunur

Dünya xəbərləri Materials 16 May 2019 16:13 (UTC +04:00)
Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicabı qadağan edən qanun layihəsini qəbul edib.
Avstriyada ibtidai məktəblərdə hicab qadağan olunur

Bakı. Trend:

Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicabı qadağan edən qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, qanuna əsasən, 11 yaşadək qızların məktəbə hicab geyinmələri qadağan ediləcək.

Qayda pozulacağı halda şagirdin valideynləri 440 avro məbləğində cərimə olunacaq.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Avstriya Parlamenti uşaq bağçalarında hicabı qadağan edən qanunu qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti