...

Türkiyədə 4,8 ballıq zəlzələ camaatı qorxutdu

Dünya xəbərləri Materials 31 May 2019 10:34 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Muğla vilayətində güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, vilayətin Bodrus şəhərində 4,8 baş gücündə qeydə alınan yeraltı təkanlar sakinlərə qorxulu anlar yaşadıb.

Şəhərdə dağıntı və insan tələfatı olmasa da, sakinlər təşviş içində küçələrə çıxıb.

Məlumata görə, 7 kilometr dərinlikdə baş verən zəlzələnin təsiri qonşu vilayətlərdə də hiss olunub.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv ərazidə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti