...

Türkiyə və İran XİN rəhbərləri arasında görüş keçirilib

Dünya xəbərləri Materials 22 İyun 2019 06:27 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, XİN rəhbərləri arasında geniş formatda görüş keçirilib.

Daha sonra tərəflər təkbətək görüşüblər.

Görüşün yekunları üzrə M.Çavuşoğlu və C.Zərif regional və beynəlxalq sahədə əməkdaşlığı genişləndirmək üzrə məsləhətləşmələr Planı imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti