...

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Dünya xəbərləri Materials 24 İyun 2019 10:50 (UTC +04:00)
Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb.
Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

Bakı. Trend:

Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb. Trend-in məlumatına görə, bu səbəbdən hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Məlumata görə, məntəqədə hərbi sursatlar yanır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.

Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti