...

Fransada anomal istilər səbəbindən bir nəfər ölüb

Dünya xəbərləri Materials 29 İyun 2019 22:00 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Voklyuz departamentində anormal istilər səbəbindən bir nəfər həlak olub, beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Dauphiné Libéré" qəzeti xəbər verib.

Qeyd edilir ki, bu, Fransada anormal istilik səbəbiylə ilk rəsmi olaraq təsdiqlənmiş ölüm hadisəsidir.

Qeyd edək ki, Fransada iyunun 24-dən anormal istilər müşahidə edilir. Cümə günü Fransada mütləq temperatur rekordu iki dəfə qırılıb. Əvvəlcə Karpantura şəhərində (Voklyuz departamenti) 44,3 dərəcədə istilik qeydə alınıb. Bundan sonra Vilvyey kommunasinda hava temperaturu 45,1 dərəcəyədək yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti