Bakı. Trend:
Tatarıstanda fermaların birində çoban süd sisternində boğulub.
Trend-in məlumatına görə, həmin şəxs süd içmək istəyərkən 2 metr dərinlikdəki süd saxlama və soyutma sisterninə düşüb.
Sisterndə südün temperaturu 2 dərəcəyə yaxın olub.
Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.