...

PSJ Fransa Superkubokunu qazandı

Dünya xəbərləri Materials 3 Avqust 2019 18:40 (UTC +04:00)
PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib
PSJ Fransa Superkubokunu qazandı

Bakı. Trend:

PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Trend xəbər verir ki, həlledici görüşdə “Renn” komandasına qalib gələn “Paris Sen-Jermen” kubokun sahibi olub.

Çinin Şencen şəhərində oynanılan qarşılaşmada hesabı 13-cü dəqiqədə “Renn”in heyətində Adrien Huno açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ "Renn" üzərində 2:1 hesablı qələbə qazanaraq Superkuboku başı üzərinə qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti