...

Türkiyədə hərbi hissəyə hücum olundu

Dünya xəbərləri Materials 15 Avqust 2019 16:22 (UTC +04:00)
Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub
Türkiyədə hərbi hissəyə hücum olundu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Trend-in məlumatına görə, hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti