...

Təyyarə avtomobillə toqquşdu - Pilot öldü

Dünya xəbərləri Materials 18 Oktyabr 2019 20:12 (UTC +04:00)
ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub
Təyyarə avtomobillə toqquşdu - Pilot öldü

Bakı. Trend:

ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində pilot yerindəcə ölüb.

"Pikap" avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı deyilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti