...

Livanda qarşıdurmalarda 7 nəfər yaralanıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2019 03:36 (UTC +04:00)
Livanın şimalında etirazçılar və hərbçilər arasında baş verən qarşıdurmada ən azı 7 nəfər yaralanıb
Livanda qarşıdurmalarda 7 nəfər yaralanıb

Bakı. Trend:

Livanın şimalında etirazçılar və hərbçilər arasında baş verən qarşıdurmada ən azı 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı bildirib.

Məlumata əsasən, qarşıdurmalar Livan ordusu Bəddavi rayonunda Tripoli limanı (Beyrutdan 90 km) və Akkar dağlıq bölgəsi arasındakı magistral yolunu bağlamağa cəhd edəndən sonra başlayıb.

Baş nazir Saad Haririnin müraciətindən sonra ordu Beyrut və ölkənin əyalətləri arasında nəqliyyat əlaqələrini bərpa etmək üçün səylərinə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti