...

ABŞ-da kimyəvi zavodda yanğın lokallaşdırılıb

Dünya xəbərləri Materials 30 Noyabr 2019 07:12 (UTC +04:00)
50 min insanın təxliyəsinə səbəb olan ABŞ-ın Texas ştatındakı kimyəvi zavodda yanğın lokallaşdırılıb
ABŞ-da kimyəvi zavodda yanğın lokallaşdırılıb

Bakı. Trend:

50 min insanın təxliyəsinə səbəb olan ABŞ-ın Texas ştatındakı kimyəvi zavodda yanğın lokallaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə dairə başçısı Cefferson Ceff Brenik mətbuat konfransı zamanı bildirib.

Ceff Brenik bildirib: "Lokallaşdırıldığını deyə bilərik".

Beləliklə, onun sözlərinə görə, zavodun ətrafındakı dörd mil (6,5 kilometr) zonada təxliyə qərarı ləğv edilib. Eyni zamanda yanğın hələ söndürülməyib və bunun nə vaxt baş tutacağı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti