Bakı. Trend:
Panamada bir həbsxanada məhkumlar arasında çıxan qarşıdurma nəticəsində 11 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu ölkənin cəzaçəkmə müəssisələrinin idarəsi bildirib.
Məlumata əsasən, Hoyita həbsxanasında məhkumlar arasında toqquşma baş verib. Nəticədə 11 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Polis əməkdaşları vəziyyəti nəzarət altında saxlayır.
Bununla belə ölənlər və yaralananlar arasında həbsxana və ya polis əməkdaşları yoxdur.