...

24 yaşlı alim ABŞ gözəli oldu

Dünya xəbərləri Materials 20 Dekabr 2019 12:10 (UTC +04:00)
ABŞ-da “Miss Amerika 2020” titulunu 24 yaşlı biokimyaçı alim qazanıb
24 yaşlı alim ABŞ gözəli oldu

Bakı. Trend:

ABŞ-da “Miss Amerika 2020” titulunu 24 yaşlı biokimyaçı alim qazanıb.

Trend-in məlumatına görə, ABŞ gözəli adını qazanan Kamill Şrayer müsabiqə zamanı səhnədə kimyəvi təcrübə də nümayiş etdirib.

Hazırda onun əczaçılıq üzrə magistr təhsili aldığı deyilir.

Gözəllik müsabiqəsi Konnektikut ştatında baş tutub və qalib 50 min dollar məbləğində mükafat qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti