...

Çilidə meşə yanğınları səngimir

Dünya xəbərləri Materials 25 Dekabr 2019 08:47 (UTC +04:00)
Çilinin Valparaiso şəhərinin ətrafinda tuğyan edən meşə yanğınları nəticəsində 100-dən çox evə ziyan dəyib
Çilidə meşə yanğınları səngimir

Bakı. Trend:

Çilinin Valparaiso şəhərinin ətrafinda tuğyan edən meşə yanğınları nəticəsində 100-dən çox evə ziyan dəyib.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar üzrə milli idarənin başçısı Rikardo Toro deyib.

Məlumata görə, 95 000 ev elektriksiz qalıb. Yanğınsöndürənlər hələ də yanğını nəzarət altına ala bilməyiblər. Qonşu ərazilərin sakinləri təxliyə edilib.

Səlahiyyətlilər yanğının məqsadli şəkildə yandırma nəticəsində baş verdiyini istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti