...

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

Dünya xəbərləri Materials 4 Yanvar 2020 08:51 (UTC +04:00)
ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

Bakı. Trend:

ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.

Trend-in verdiyi məlumata görə, bunu, xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin deyib.

Qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

E.Pfeffer bildirib: "Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb".

O əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti