Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, E.Makron telefon danışığı zamanı İraqdakı son vəziyyətlərdən narahatlığını ifadə edib və Tehranı vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Fransa prezidenti həmçinin İranı Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləritam yerinə yetirməyə çağırıb.