...

Konqoda qızılca 6 min nəfəri öldürdü

Dünya xəbərləri Materials 8 Yanvar 2020 20:19 (UTC +04:00)
Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub
Konqoda qızılca 6 min nəfəri öldürdü

Bakı. Trend:

Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub.

Trend-in məlumatına görə, epidemiya ölkənin 26 əyalətində qeydə alınıb.

Təkcə son bir ay ərzində ölənlərin sayı min nəfəri keçib.

Qeyd olunur ki, ölkə ərazisində bir il ərzində 310 min yoluxma halı qeydə alınıb. Qızılcaya yoluxanların təxminən 25 faizi 5 yaşından aşağı uşaqlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti