...

Güclü qar nəqliyyatın hərəkətində problemlər yaradıb

Dünya xəbərləri Materials 11 Yanvar 2020 03:27 (UTC +04:00)
Kanadanın Britaniya Kolumbiyası əyalətində güclü qar onlarla aviareysin təxirə salınmasına və bərə əlaqəsinin bağlanmasına səbəb olub
Güclü qar nəqliyyatın hərəkətində problemlər yaradıb

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətində güclü qar onlarla aviareysin təxirə salınmasına və bərə əlaqəsinin bağlanmasına səbəb olub.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, regionun cənub hissəsinin bəzi yerlərində 25 santimetrə qədər qar yağa bilər. Bundan əlavə regionda güclü külək də müşahidə edilir.

Bildirilir ki, Vankuverin beynəlxalq hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar onlarda aviareys təxirə salınıb. Qeyd edilir ki, eyni vəziyyət Britaniya Kolumbiyası əyalətinin cənub hissəsində yerləşən digər şəhərlərdə də müşahidə edilir.

Bərə əlaqəsinin operatoru "BC Ferries" Vankuver adası yaxənlığında cümə gününə olan bütün reyslərin ləğv edildiyini elan edib.

Həmçinin qeyd edilir ki, əlverişsiz hava şəraiti nəticəsində regionda yol-nəqliyyat qəzalarının sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti