...

İranda avtobus aşdı: Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 28 Yanvar 2020 09:13 (UTC +04:00)
Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb
İranda avtobus aşdı: Ölən və yaralananlar var

Bakı. Elnur Bağışov - Trend:

Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.

Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.

Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti