Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb.
Trend-in məlumatına görə, bu barədə təşkilatın baş direktoru Tedros Adxanom Qebreyesus deyib.
Son məlumata görə, artıq bütün dünyada 7834 nəfər xəstələnib. Bunlardan 7736-ı Çində, 98-i isə 18 ölkədə qeydə alınıb, virusun insandan insana ötürülməsi ilə bağlı 8 hadisə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır, 170 nəfər həlak olub.
ÜST xəstəliyə müvəqqəti "kəskin tənəffüs xəstəliyi 2019-nCoV", virusun özünə isə "2019-nCoV" müvəqqəti ad verilməsini tövsiyə edib.