...

Makron MAQATE-nin baş direktoru ilə İran və KXDR-i müzakirə edib

Dünya xəbərləri Materials 4 Mart 2020 01:47 (UTC +04:00)

BAKI. Trend:

Fransa prezidenti Emmanuel Makron MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdə agentliyin İrandakı işini və KXDR-də nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, Fransa Respublikasının Prezidenti MAQATE-nin yeni seçilmiş baş direktoru Rafael Qrossini Parisə ilk səfəri münasibətilə qəbul edib. Görüşdə MAQATE-nin İranda yoxlama işlərinin aparılması müzakirə olunub.

Bundan başqa, Makron KXDR-in nüvə proqramının tam dayandırılması məqsədini və MAQATE-nin bu məsələdə rolunu xatırlatdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti