Bakı. Trend:
Cənubi Koreyada COVİD-19 koronavirusuna daha 367 nəfər yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 7,1 minə çatıb, onlardan 50 nəfəri ölüb.