Bakı. Trend:
Fransada koroanvirusa yoluxanların sayı 1784 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yoluxanlardan 33 nəfər ölüb. Onlardan 19-u kişi, 14-ü isə qadındır.
Bildirilir ki, ölənlərdən 23-nün yaşı 70-dən artıq olub.
Qeyd edək ki, daha əvvəl Fransada 1606 yoluxma, 30 ölüm halının qeydə alındığı bildirilirdi.