...

Ermənistanda koronavirusdan yoluxanların sayı 6 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Mart 2020 08:39 (UTC +04:00)
Koronavirusa yoluxmuş Ermənistan vətəndaşlarının sayı altı nəfərə çatıb
Ermənistanda koronavirusdan yoluxanların sayı 6 nəfərə çatıb

Bakı. Trend:

Koronavirusa yoluxmuş Ermənistan vətəndaşlarının sayı altı nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Bundan əvvəl ölkə Səhiyyə Nazirliyi bildirmişdi ki, Ermənistanda 4 koronavirus hadisəsi təsdiqlənib.

Koronavirus infeksiyasının ilk halı martın 1-də, daha üçü - 11 martda aşkarlanıb:

"Bizdə daha iki koronavirus hadisəsini təsdiq etdik. Bu əvvəllər yoluxmuş qadının əri və əmisi oğludur. Üçü də Eçmiadzin sakinləridir".

Onun sözlərinə görə, hər ikisi həkimlərin nəzarəti altında olub və təcrid olunbular: "Həkimlər virusu karantin şəraitində aşkarladılar".

Xəbər lenti

Xəbər lenti