...

Tehranda koronavirusla bağlı xəstəxanalarda olanların sayı açıqlanıb

Dünya xəbərləri Materials 19 Mart 2020 12:50 (UTC +04:00)
Tehranda koronavirusla bağlı xəstəxanalarda olanların sayı açıqlanıb

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətində 3,9 min nəfər koronavirusla əlaqədar xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, bunu İranın Tehran vilayətinin valisi Ənuşirvan Mohseni Bəndpey koronavirusla mübarizə ilə əlaqədar keçirilən fövqəladə iclasda deyib.

Ə.Mohseni Bəndpeyin sözlərinə görə, 3,5 min nəfər dövlət xəstəxanalarında, 400 nəfər Bəqiyyətəllah xəstəxanasındadır.

Mohseni Bəndpey əlavə edib ki, xəstələrin 600 nəfəri xüsusi nəzarət bölmələrindədir.

Tehran valisi bildirib ki, vilayətdə əlavə nəzarətlər tətbiq olunmalıdır. Şəhərlərin girişlərində bədən hərarətini ölçən cihazlardan əlavə, başqa addımlar da atılmalıdır.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti