...

Səudiyyə Ərəbistanı koronavirusla mübarizə üçün 500 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 17 Aprel 2020 04:38 (UTC +04:00)
Səudiyyə Ərəbistanı koronavirusla mübarizə üçün 500 milyon dollar ayıracaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı G20-yə sədrlik edən ölkə olaraq bir sıra təşkilatlara koronavirus pandemiyasına qarşı qlobal səyləri dəstəkləmək üçün 500 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada deyilir.

"Səudiyyə Ərəbistanı Epidemiyalara Hazırlıq İnnovasiyaları üzrə Koalisiyaya (CEPI) 150 milyon dollar, Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansa (GAVI) 150 milyon dollar, digər beynəlxalq və regional tibb təşkilatları və proqramlarına 200 milyon dollar yardım edəcək", - sənəddə bildirilir.

Mətbuat şərhində krallıq bütün dövlətləri, qeyri-hökumət təşkilatlarını, xeyriyyə qurumlarını və özəl sektorun nümayəndələrini koronavirusla mübarizə üçün görülən tədbirlərin maliyyələşdirilməsindəki təxminən 8 milyard dollar məbləğində dəyərləndirilən boşluğu aradan qaldırmağa kömək etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti