Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə erməni terrorçuları tərəfindən öldürülmüş diplomatların xatırlayır.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, 1973-cü ildən 1984-cü ilədək ASALA terror təşkilatı türkiyəli diplomatlara qarşı terror aktları törədib:
“Öz siyasi ambisiyaları üzündən Türkiyəyə düşmən münasibət bəsləyənlər dünya ictimaiyyəti qarşısında öz fəaliyyətini gizlədə bilmir”.
O bildirib ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı tarixi arxivləri açmağa çağırsa da, onlar bu təklifi heç bir halda qəbul etmir.