Bakı. Trend:
Kambocada son COVID-19 xəstəsi müalicə olunaraq xəstəxanadan evə buraxılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda ölkəyə xaricdən gələn xəstələrin sayının artmaması üçün tədbirlər görülür.
Bu günə qədər Kambocada 122 nəfər koronavirusa yoluxub, ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, ötən həftə Sloveniya rəhbərliyi ölkədə yeni yoluxanların olmadığını və karantin rejiminin başa çatdığını elan etmişdi.