Bakı. Trend:
Bir qrup çinli alim COVID-19 xəstələrinin intensiv müalicəyə alınması, süni ağciyər ventilyasiyasına qoşulması və ya ölüm ehtimalının hesablanmasına imkan verən onlayn kalkulyator yaradıb.
Trend-in məlumatına görə, kalkulyator formalaşdırılarkən 1 500-dən çox xəstəlik tarixçəsi təhlil edilib və 72 potensial risk amili dəyərləndirilib.
COVID-GRAM adı verilən onlayn kalkulyatorda 10 parametr üzrə məlumatları daxil etməklə virusa yoluxmanın səviyyəsini öyrənmək olar.