...

Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 8 İyun 2020 04:17 (UTC +04:00)
Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda irqi ayrıseçkilik səbəbilə etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı etirazçılar və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bildirilir ki, toqquşmalar zamanı 8 polis əməkdaşı xəsarət alıb.

Məlumata əsasən, etiraz aksiyası zamanı 12 etirazçı polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, iyunun 6-sı Londonda etirazçılar və polislər arasında baş verən toqquşmalarda 14 polis əməkdaşı xəsarət alıb, 29 etirazçı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti