...

Belarusda koronavirusa yoluxanların sayı 53 mini ötüb

Dünya xəbərləri Materials 13 İyun 2020 18:15 (UTC +04:00)
Belarusda koronavirusa yoluxanların sayı 53 mini ötüb

Bakı. Trend:

Belarusda ötən sutka ərzində daha 721 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 53 241 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan 29 111 nəfəri sağalaraq evə buraxılıb, 303 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, ölkə ərazisində indiyə qədər 714 000 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti