...

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb

Dünya xəbərləri Materials 24 İyun 2020 08:15 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Oaxaka şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə öz saytında Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi tərəfindən bildirilib.

Məlumatda deyilir: "İlkin məlumatlara görə, Oaxaka ştatında baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində dörd nəfər həlak olub, mənzil fonduna az ziyan dəyib". Qurbanların sayı, müxtəlif hesablamalara görə, 5 nəfərdən 30 nəfərə qədər təşkil edir.

Xəstələrin və işçilərin təxliyə edilməli olduğu Oaxakada bir neçə xəstəxananın ziyan çəkdiyi bildirilib. Hakimiyyət orqanları əhaliyə kömək etmək üçün silahlı qüvvələrin bölmələrini cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti