...

Ukraynada meşə yanğınlarında 3 nəfər ölüb

Dünya xəbərləri Materials 8 İyul 2020 14:52 (UTC +04:00)
Ukraynada meşə yanğınlarında 3 nəfər ölüb

Bakı. Trend:

Ukraynanın Luqansk vilayətində meşə yanğınları azı 3 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, yanğın ətrafda 140-a yaxın yaşayış evinə ziyan vurub.

Hadisənin qarşısının alınması üçün 1 125 yanğınsöndürən, 200-dən çox texnika cəlb edilib. Yanğın söndürülərkən 3 nəfərin meyiti aşkar edilib. Daha 9 nəfər, o cümlədən 2 uşaq xəstəxanaya yerləşdirilib. Onlarla sakin təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti