...

Hindistanda avtobus yandı - Ölənlər var

Dünya xəbərləri Materials 12 Avqust 2020 16:11 (UTC +04:00)
Hindistanda avtobus yandı - Ölənlər var

Bakı. Trend:

Hindistanın cənubundakı Banqalor şəhəri yaxınlığında avtobus yanıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqlar da var.

Hadisə zamanı avtobusda 32 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, yanğın avtobusun mühərrikində qısaqapanma nəticəsində baş verib. Avtobusun sürücüsü hadisə yerindən uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti