Bakı. Trend:
Braziliyada sutkada koronavirusa yoluxma hallarının sayı 45 323 nəfər artaraq 3 501 975-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bildirilib ki, yoluxanların dörddə üçü (2 653 975) sağalıb, daha 736 264 xəstə həkimlərin nəzarəti altındadır.
Gün ərzində ölənlərin sayı 1 204 nəfər artaraq 112 304-ə çatıb.