Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 43 270 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 203 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 864 nəfər koronavirusdan ölüb, 5 153 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.