Bakı. Trend:
Uqandada 10 yeniyetmə futbolçu ildırım vurması nəticəsində həlak olub.
Trend-in məlumatına görə, futbolçular meydançada olarkən ildırım çaxmağa başlayıb.
Yeniyetmələr yaxınlıqdakı daxmada gizlənməyə çalışsa da, ildırım onları vurub. 9 futbolçu yerindəcə həlak olub, biri isə xəstəxanaya çatdırılarkən həyatını itirib.
Məlumatlara əsasən, futbolçuların ən kiçiyi 10, ən böyüyü isə 16 yaşında olub.