...

Böyük Britaniyada sutka ərzində koronavirusdan 500-dən çox insan ölüb

Dünya xəbərləri Materials 10 Noyabr 2020 23:40 (UTC +04:00)
Böyük Britaniyada sutka ərzində koronavirusdan 500-dən çox insan ölüb

Bakı. Trend:

Böyük Britaniyada sutka ərzində yeni növ koronavirusdan ölüm hallarının sayı 532-yə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumatına görə, bu, 12 maydan bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir. Həmin tarixdə 614 ölüm halı qeydə alınmışdı.

Son 24 saat ərzində ölkədə 20,4 min koronavirusa yoluxma faktı aşkar edilib. Birləşmiş Krallıqda aşkar olunan yoluxma hallarının ümumi sayı hazırda 1,23 milyondan çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti