...

Britaniyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 23 Dekabr 2020 23:23 (UTC +04:00)
Britaniyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 39,2 min yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, artıq iki gündür Böyük Britaniyada koronavirusa yoluxma hallarında antirekord qeydə alınır.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,14 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 744 nəfər ölüb, ölənlərin sayı 69 min nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti