Bakı. Trend:
İndoneziyanın "Sriwijaya Air" şirkətinin sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb.
Trend-in məlumatına görə, bu barədə Detik xəbər portalı bildirib.
İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi təyyarənin qəzaya uğramasını təsdiqlədi: "Qəza Laki adasının yaxınlığında baş verib".
Onun sözlərinə görə, göyərtədə ən azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub. Nazir təyyarədə 10 uşaq arasında üç körpə olduğunu bildirib.